İngilis nazir Rusiyadan dərhal atəşkəs tələb edir

Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiyadan Ukraynadakı münaqişədə dərhal atəşi dayandırmağı tələb edib.

SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Siyasətçi Sumiyə edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi fikrini ifadə edib.

… Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır, -deyə Starmer əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk Sumıda Rusiya Silahlı Qüvvələrinin hücumu zamanı mükafat almağa gələn hərbçilərin məhv edildiyini bildirib.

Ali Radanın deputatı Maryana Bezuqla da yazıb ki, zərbə Sumıda hərbi konsentrasiyaya çatıb.

Bundan əlavə, Moskva qeyd edib ki, Kiyev enerji infrastrukturu obyektlərinə hücumlara dair müvəqqəti moratoriuma əməl edə bilmir və ya buna əməl etmək istəmir. …Ruslar dəqiqləşdirib ki, Ukrayna Silahlı Qüvvələri moratoriumun qüvvəyə mindiyi vaxtdan bəri 23 dəfə pozub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə