Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb

Moskva "Lokomotiv"inin və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb.

SİA xəbər verir ki, bu barədə “Strana.ua” nəşrinin Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, keçmiş idmançı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Sərnişin oturacağında olan qadının narahatlıq yaradaraq polis maşınının kapotuna çıxdığı qeyd edilir.

Eyni zamanda, Əliyevin özü də İnstaqram səhifəsində onun ayıq olmadığı barədə məlumatı təkzib edib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məşğul olmağı bacardığını deyib.

Xatırladaq ki, ötən ilin avqustunda Əliyev rezonans doğuran bəyanatla çıxış edib.

Oyunçu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc əhaliyə qarşı repressiyalar aparmağa çağırıb, həmçinin Ukrayna ordusuna Rusiya regionunda daha da irəliləyiş arzulayıb?

Yeri gəlmişkən, Əliyev Xabarovskda anadan olub, keçmiş futbolçu hazırda Kiyevdə yaşayır.

Valideynləri isə Rusiyada yaşayırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə