Ruslara bu il avtomobil oğurluqlarının artacağı ilə bağlı xəbərdarlıq…

…Sığorta nümayəndələri həyəcan təbili çalır: 2025-ci ildə Rusiyada avtomobil oğurluğunda artım gözlənilir. Gəlin səbəbləri anlamağa və perspektivləri dəyərləndirməyə çalışaq.

SİA xəbər verir ki, iri sığortaçıların proqnozlarına görə, 2025-ci ildə Rusiyada avtomobillərin oğurlanması hallarının sayı artacaq.

Əsas amil yeni avtomobillərin baha olması və komponentlərin çatışmazlığıdır.

“Soglasie” sığorta şirkəti “Autonews.ru” ilə söhbətində qeyd edib ki, mövcud vəziyyət işlənmiş avtomobillərə marağı stimullaşdırır. Bu artan tələb avtomobillərin ehtiyat hissələri üçün sökülməsi məqsədilə avtomobil oğurluğu üzrə ixtisaslaşan cinayətkarlar üçün əlverişli şərait yaradır.

Sığortaçıların fikrincə, Çin istehsalı olan avtomobil sahiblərinə xüsusi diqqət yetirilməlidir.

Bu fikri “Absolut Insurance” şirkətinin rəhbəri Mixail Mosesov bölüşür. O, avtomobil oğrularının bahalı modellərdən daha sərfəli brendlərə keçdiyini vurğulayır. Onun sözlərinə görə, əvvəllər oğurlanmış avtomobillər əsasən yenidən satılırdısa, indi prioritet məqsəd onların ehtiyat hissələri üçün sökülməsidir.

…“Zetta Insurance” şirkətindən Yelena Xaxulina da nəşrə yaxın gələcəkdə ölkədə avtomobil oğurluqlarının sayının artması ehtimalının yüksək olduğunu deyib və bunu avtomobil hissələrinin qıtlığı, eləcə də baha olması ilə izah edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə