ABŞ-ın dövlət borcu hazırda 36,6 trilyon dolları ötür...

ABŞ-ın Maliyyə Nazirliyi borc tavanını artırdığını elan edib

…Amerika hakimiyyəti ölkənin milli borcunun yuxarı həddini artıraraq, onun daha da artması problemini iki il müddətinə bağlayacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent prezident Donald Trampın başçılıq etdiyi ABŞ administrasiyası kabinetinin iclası zamanı deyib.

Xatırladaq ki, ABŞ-ın dövlət borcu hazırda 36,6 trilyon dolları ötür ki, bu da ölkənin ÜDM-nin 122 faizdən çoxunu təşkil edir.

Bununla belə, bu rəqəmə ayrı-ayrı dövlətlərin, korporasiyaların, fiziki şəxslərin borcları və ya sosial yardım və səhiyyə xidmətləri alanlar qarşısında öhdəlikləri daxil deyil.

ABŞ-ın borcunun ÜDM-ə nisbəti 2013-cü ildə 100 faizi keçib və o vaxtdan bu səviyyədən aşağı düşməyib.

Bundan əvvəl, İkipartiyalı Siyasət Mərkəzinin analitikləri ABŞ-ın iyul-oktyabr aylarında öz milli borcunu defolt edə biləcəyini proqnozlaşdırmışdılar.

Bu o deməkdir ki, ölkənin Maliyyə Nazirliyi üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında yerinə yetirə bilməyəcək.

Analitiklərin fikrincə, dəqiq tarix aprel ayında dövlətin vergi yığımlarından əldə etdiyi gəlirin həcmindən asılıdır.

…Martın 4-də Standard & Poor's reytinq agentliyi 2025-ci ildə qlobal hökumət borcunun 3 faiz artaraq 12,3 trilyon dollara çatacağını proqnozlaşdırıb.

Artım iqtisadiyyatın stimullaşdırılması zərurəti və hərbi eləcə də sosial xərclərin artması səbəbindən baş verəcək.

ABŞ-ın uzunmüddətli dövlət borcunun həcmi dünya ümumi borcunun 40 faizini təşkil edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə