Konqo Demokratik Respublikasında daşqın nəticəsində 30 nəfər həlak olub

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada daşqın nəticəsində 30 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daşqın nəticəsində çox sayda kinşasalı xəsarət alıb. Təhlükəli ərazilərdən təxliyə davam edir, statistika dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə