Rusiya diplomatlarının ölkədən çıxarılması qərarı Moldovanın Kişinyov və Moskva arasında tarixən köklü münasibətləri pozmaq kursunun davamıdır.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, diplomatların ölkədən çıxarılması qərarını əsassız adlandırıb.
…Qərar... dərin tarixi köklərə malik olan Rusiya-Moldova münasibətlərini tamamilə məhv etməyi qarşısına biabırçı məqsəd qoyan rəsmi Kişinyovun anti-Rusiya kursunun bir hissəsidir.
Zaxarovanın bu sözləri Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Diplomat qeyd edib ki, Moldova hakimiyyəti ölkə vətəndaşlarının əksəriyyətinin fikrinə zidd hərəkət edir. Zaxarova əlavə edib ki, Kişinyovun düşmənçilik hərəkətləri Rusiya tərəfindən cavabsız qalmayacaq.
Bundan əvvəl məlum olub ki, Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını personae non-qrata elan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə