ABŞ İŞİD-in mövqelərinə zərbələr endirdi

ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) qoşunları martın 29-da "İslam Dövləti"nin (İŞİD) Somalidəki mövqelərinə hava zərbələri endirib. SİA xəbər verir ki, bu barədə AFRICOM-un rəsmi saytında məlumat verilib. Əməliyyat Somali hökuməti ilə razılaşdırılıb. Əsas hədəf Puntland bölgəsindəki Boosaso şəhərinin cənub-şərqindəki İŞİD obyektləri olub. AFRICOM yaraqlıların ABŞ hərbçiləri üçün təhlükə yaratdığını bildirib. Missiyanın təfərrüatları, o cümlədən istifadə edilən silahların növü və məhvetmənin miqyası açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə