İmamoğlu hakimiyyətə müraciət edib…

…İstanbul meri Əkrəm İmamoğlunun məhkəməsi Türkiyənin dövlət televiziyası TRT-də canlı yayımlanacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Türkiyənin ana müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl İstanbulda İmamoğluna dəstək mitinqində deyib.

...İmamoğlundan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana tarixi çağırış çatdırıram. Bələdiyyə sədri Əkrəm İmamoğlu deyir ki, onun heç bir günahı yoxdur. Özünüzə güvənirsinizsə, məhkəməni TRT-də canlı yayımlamağı təklif edirəm.

Bunu Özgür Özəl bildirib.

Xatırladaq ki, martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına yardım ittihamı ilə həbs edib.

Deyilənlərə görə, guya İmamoğlu Türkiyənin hazırkı lideri Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir və müxalifət tərəfindən prezident seçkilərində gələcək namizəd kimi qiymətləndirilir. Onun həbsindən sonra İstanbulda və Türkiyənin digər şəhərlərində genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Polis etirazçılara qarşı su şırnaqları və qazdan istifadə edib, hakimiyyət isə yolları bağlayıb.

Aparıcı telekanallar mitinqlərin canlı yayımını dayandırıb. Türkiyədə baş verənlər fonunda kütləvi etirazlar başlayıb. Ölkənin daxili işlər naziri Əli Yerlikaya martın 24-nə qədər saxlanılan nümayişçilərin sayının 1000 nəfəri keçdiyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə