Bali səlahiyyətliləri xarici turistlər üçün yeni qaydalar hazırlayır

Yeni qaydalar toplusu öhdəliklər və qadağaları ehtiva edir…

...İndoneziyanın Bali əyalət hökuməti xarici turistlər üçün öhdəlikləri, qadağaları və cəzaları əks etdirən yeni qaydalar toplusu yayımlayıb.

SİA xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.

Yeni qaydalara əsasən, əcnəbilər adada olarkən, xüsusən də müqəddəs yerləri ziyarət edərkən təvazökar şəkildə geyinməli və özlərini düzgün aparmalıdırlar.

Onlar həmçinin avtomobili məsuliyyətlə idarə etməli, beynəlxalq sürücülük vəsiqəsi almalı, motosiklet sürərkən dəbilqə taxmalıdırlar.

Bundan əlavə, turistlər 150 min İndoneziya rupisi (təxminən 9 dollar) rüsum ödəməlidirlər və əcnəbilər Balidə qaldıqları müddətdə yerli adət və ənənələri bilən lisenziyalı bələdçi tərəfindən müşayiət edilməlidirlər.

Yeni qaydalar həmçinin xüsusi məntəqələrdə valyuta mübadiləsi və QR kodu ilə ödəniş prosedurunu təsvir edir. Turistlər bütün əməliyyatları müstəsna olaraq milli valyutada həyata keçirməlidirlər.

Adada həmçinin söyüş söymək, bizneslə məşğul olmaq, qeyri-rəsmi işləmək də qadağandır, əks halda onları cəza və ya məhkəmə gözləyir.

Birdəfəlik plastik də daxil olmaqla zibil atmaq qadağandır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə