Rusiya Qərbin ideoloji blitskrieginə tab gətirdi.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
…Biz bu zərbəyə tab gətirdik. Onlar sözün hər mənasında blitskrieg planlaşdırırdılar. İndi hərbi əməliyyatlar teatrı haqqında danışmayacağam, bu mənim ixtisasım deyil. Amma ideoloji blitskriegə gəldikdə, bu, 100 faiz planlaşdırılıb.
Bunu Zaxarova qeyd edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Rusiya Qərb ölkələrindən gələn bütün iqtisadi çətinliklərdən “yaşamağa” qadirdir.
Fevralın 13-də Zaxarova bəyan edib ki, Qərb ölkələri iki slavyan xalqı olan Rusiya və Ukraynanı bir-birinə qarşı qoyub və bu, hərbi münaqişənin başlanmasına səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə