ABŞ Rusiya ilə görüşdən gözləntilərini açıqlayıb

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında martın 24-nə planlaşdırılan görüşdə Rusiya ilə danışıqlarda real irəliləyişi gözləyir.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Fox News telekanalına müsahibəsində Vaşinqtonun görüşdən gözləntilərini açıqlayıb.

…Düşünürəm ki, Səudiyyə Ərəbistanında, xüsusən də Qara dəniz ətrafında, hər iki ölkə arasında gəmilərdə atəşkəs əldə edilməsində bəzi real irəliləyişlər görəcəksiniz.

Bunu Vitkoff bildirib.

O əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticələri tam atəşkəs ola bilər.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, tərəflərin taxıl sazişinin bərpasını müzakirə edəcəyi planlaşdırılan danışıqlar asan olmayacaq.

Onun sözlərinə görə, rusiyalı danışıqlarçılar bu problemin incəliklərini müzakirə etməyə hazırdırlar, lakin onların “çoxlu sayda”sı var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə