“Türk seriallarına baxan rus xanımlar rus kişilərinə marağı itirir…”

Rusiya türk seriallarını qadağan etməyi düşünür..?

...Bu arada “Rusiya veteranları” hərəkatı ölkədə türk seriallarının nümayişinə qadağa qoyulmasını tələb edib,

SİA-nın məlumatına görə, bunu Gazeta.ru yazır.

Veteranların fikrincə, “qeyri-real kişi obrazını” göstərən teleseriallar rus qadınlarını öz həmvətənləri ilə evlənməkdən çəkindirir və demoqrafik vəziyyətə mənfi təsir göstərir.

…Bu seriallara kifayət qədər baxan xanımlar rus kişilərinə marağını itirir, onlardan xarici filmlərin yaratdığı qeyri-real davranışlar gözləyir.

Deməli, bunu hərəkatın sədri İldar Rezyapov bildirib.

…Qadınların teleserialların yaraşıqlı və nəcib qəhrəmanları haqqında fikirləşmələrinin qarşısını almaq üçün “Rusiya veteranları” “dağıdıcı təbliğat” anlayışının tətbiqini və qanunvericilik səviyyəsində kino istehsalında hansı elementlərin bu terminə aid ola biləcəyini müəyyən etməyi təklif etdilər.

…Türk serialları zehinlər, o cümlədən qadınlarımız üçün ideoloji savaşın bir hissəsidir. Maraqlı olardı ki, Türkiyədə rus serialları nümayiş etdirilirmi, kino ulduzlarımız oraya gəlirmi, türk qadınları pərəstişkar kimi izdihamlı sıraya düzülürmü? Bu, çox şübhəlidir.

Bunu Rezyapov sual edir.

…Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl rus deputat Vitali Milonov türk seriallarının zərərindən danışaraq, onları “tamamilə cəfəngiyyat” adlandırmışdı.

Peterburqlu vəkilin sözlərinə görə, onlar “gerçəkliyə uyğun olmayan həyat” nümayiş etdirirlər və əsl türk kişiləri filmlərin qəhrəmanlarından fərqli olaraq “arvadlarını dəyənəklə döyə bilirlər”

…Və yeri gəlmişkən, rusiyalı aktrisa İrina Alferova ictimai xadimlərdən fərqli olaraq türk seriallarının keyfiyyətini və rejissorların peşəkarlığını yüksək qiymətləndirib.

Və o, türk aktyorlarının cəlbediciliyinə də diqqət çəkib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə