İstanbul meri Əkrəm İmamoğlunun həbsinə etiraz edənlərin hərəkətləri qeyri-qanuni və qeyri-demokratikdir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
...Demokratiyaya və milli iradəyə meydan oxumaqla, qeyri-qanuni və qeyri-demokratik vasitələrə əl atmaqla bu ölkədə heç nə əldə etməyəcəyik. Türkiyə küçə terroruna təslim olmayacaq, - deyə ölkə lideri bildirib.
Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyə başqanı İmamoğlu korrupsiyada şübhəli bilinərək həbs edilərək polisin müşayiəti ilə məhkəməyə aparılıb.
Bu, İstanbulda kütləvi etirazlara səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB