...Altay bölgəsinin Kamen-na-Obi şəhərində 9 və 11 yaşlı iki uşaq analarının pis qiymətlərə görə onları danladıqları üçün qisas almaq istəyiblər.
SİA-nın məlumatına görə, onlar evlərini yandırıblar və sonradan 2 yaşlı qardaşın hələ də içəridə qaldığını xatırlayıblar.
Bu dəhşətli hadisə ilə bağlı Baza telegram kanalı məlumat yayıb.
Hadisə martın 15-də uşaqların anası mağazaya gedən zaman baş verib. Böyük qardaşlar mənzili yandırıb kənddəki nənələrinin yanına getmək qərarına gəliblər.
Təmir üçün hazırlanmış divar kağızı yandıraraq geyinib gediblər.
Lakin 10 dəqiqə sonra kiçik qardaşlarının mənzildə qaldığını xatırlayıblar. Uşaqlar evə qayıdanda mənzil artıq yanıb. Xoşbəxtlikdən yanğını ilk dəqiqələrdən görən qonşular uşağın ağladığını eşidib, onu aparıblar. Jurnalistlərin sözlərinə görə, araşdırmalardan sonra böyük qardaşlar azyaşlılar üçün sosial reabilitasiya mərkəzinə göndərilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə