Kursk yaxınlığında yüzlərlə itkin düşmüş insan tapılıb

Kursk vilayətinin azad edilmiş ərazilərində əvvəllər itkin düşmüş hesab edilən yüzlərlə insan tapılıb.

SİA-nın məlumatına görə, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Xinşteyn öz Telegram kanalında bildirib.

...378 nəfər Kursk sərhəd vilayətinin itkin düşmüş sakinlərinin reyestrindən çıxarılıb, onlar tapılıb.

Bunu deyən Xinşteyn əlavə edib ki, axtarışda olan şəxslərin siyahısı getdikcə azalmağa başlayır.

...Axtarışda olan şəxsin çıxarılması üçün polis əməkdaşları axtarış işini dayandırmalı – qohumları ilə dindirilməli, lazımi sənədləri əldə etməli, şəxsin tapılmasını tam şəkildə yoxlamalıdırlar”, - deyə rayon rəhbəri vurğulayıb.

Bundan əvvəl Xinşteyn məlumat vermişdi ki, Kursk vilayətinin azad edilmiş ərazilərindən 11-i uşaq olmaqla 275 nəfər artıq təxliyə edilib. İnsanlara lazım olan hər şey verilir: yataq yerləri, isti yeməklər, humanitar, tibbi, psixoloji və hüquqi yardım.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə