“Məqsədimizə doğru irəliləyirik”

Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə danışıqların gedişi ilə bağlı ilk bəyanatını verib

...Bu gün, martın 11-də Ciddə şəhərində (Səudiyyə Ərəbistanı), Ritz-Carlton otelində Ukrayna və Amerika nümayəndə heyətlərinin görüşü keçirilir.

SİA-nın məlumatına görə, CNN yazır ki, fasilə zamanı ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals ilk açıqlamasını verib.

O, jurnalistlərin danışıqların necə getdiyi ilə bağlı suallarını cavablandıraraq, “Məqsədimizə doğru irəliləyirik” deyib. Daha sonra ABŞ dövlət katibi Marko Rubio və Vals liftə daxil olublar. Artıq dörd saatdır davam edən iclasda fasilə zamanı jurnalistlər Amerika komandasına yalnız bir sual verə biliblər.

Nəşr əlavə edib ki, yüksək rütbəli bir Ukrayna rəsmisi daha əvvəl jurnalistlərlə danışıqların “çox konstruktiv şəkildə başladığını” bölüşüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə