İsveçdə mal əti çatışmazlığı problemi davam edir

İsveçin hələ Milad və Yeni il bayramları dövründən üzləşdiyi mal əti çatışmazlığı problemi davam edir. SİA xəbər verir ki, problemin tezliklə həll ediləcəyi vəd edilsə də, ət dükanlarının rəfləri hələ də boşdur.

“Svenskt Kött” (“İsveç əti”) təşkilatının baş direktoru İzabel Morettinin sözlərinə görə, çatışmazlığın səbəbi nəinki İsveçdə, hətta bütün Avropa İttiafı ölkələrində istehsalın azalmasıdır.

Qiymət artımı, yüksək inflyasiya və faiz dərəcələri təkcə istehlakçılara deyil, istehsalçılara da təsirini göstərib və bu sahəyə yatırımları azaldıb. İndiki halda idxal problemi həll edilə bilməz, çünki tədarük məhdud, idxal edilən ətin qiyməti isə yüksəkdir.

Çatışmazlıq yalnız mal ətinə aiddir, bazarda kifayət qədər donuz əti var.

Əsas çətinlik budur ki, mal ətinin istehsal dövrü daha uzundur. Bir heyvanın yetişdirilməsi azı üç il vaxt tələb edir. Donuz və toyuq daha tez ərsəyə gəlir.

Moretti vurğulayır ki, bazarın bərpası üçün sabit istehlakçı tələbi vacibdir. Lakin vəziyyətin nə vaxt normallaşacağı hələ də məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə