Cozef Baydenin prezidentliyi dövründə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan “uşaqdan konfet” kimi asanlıqla pul götürüb.
ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Ukraynaya xərclənən pullardan qəzəbləndiyini bildirib.
SİA-nın məlumatına görə, Tramp deyib ki, Bayden dövründə Zelenski ABŞ-dan təxminən 350 milyon dollar ala bilib. Üstəlik, ABŞ liderinin sözlərinə görə, Ukrayna prezidenti bu pulu ilk müraciət əsasında alıb.
Siyasətçi həmçinin qeyd edib ki, o, Zelenskini “ağıllı və sərt oğlan” hesab edir, lakin Ukrayna rəhbərinin ABŞ hakimiyyətinin ölkəsinə göstərdiyi maliyyə və hərbi yardıma görə minnətdar olduğuna şübhə edir.
Eyni zamanda Tramp ABŞ-ın həm İsrailə, həm də Ukraynaya eyni münasibət bəsləməsinə aydınlıq gətirib. Bununla belə, onun sözlərinə görə, bu ölkələrdəki hərbi münaqişələr “çox fərqlidir”, çünki Yaxın Şərq həmişə hücuma məruz qalır.
Bundan əvvəl Tramp ABŞ-ın müdafiə xərclərinin azaldılması ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, ABŞ müdafiə ehtiyaclarına xeyli vəsait xərcləyir, bu xərcləri azaltmaq lazımdır, lakin hazırda Rusiya və Çinlə bağlı vəziyyət bu ehtimalı çətinləşdirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə