Zalujnı ABŞ haqqında kəskin danışıb...

Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı NATO-nun dağılması riski barədə xəbərdarlıq edib və bu, onun fikrincə, Rusiyanın Avropa ölkələrinə hücumuna səbəb ola bilər.

SİA-nın məlumatına görə, "The Times" xəbər verir ki, o, bu barədə "Chatham House"da çıxışı zamanı bildirib.

...Qeyd edək ki, Zalujnı həm də dünya düzəninin məhvinə görə məsuliyyəti təkcə Qərbin əleyhdarlarının deyil, həm də ABŞ-ın üzərinə qoyub.

...Dünya düzənini dəyişməyə çalışan təkcə şər qüvvələr deyil. ABŞ da onu məhv edir.

Nəşr bunu ukraynalı diplomatdan sitat gətirir.

Diplomatın sözlərinə görə, Ağ Ev Qərb dünyasının birliyini pozub, çünki “Vaşinqton təhlükəsizlik məsələlərini effektiv şəkildə Avropaya təhvil verir”.

Martın 5-də ABŞ Ukraynaya kəşfiyyat məlumatları, o cümlədən HIMARS raket sistemlərini hədəf almaq üçün lazım olan məlumatların verilməsini tamamilə dayandırıb. Vaşinqton həmçinin hava hücumları barədə xəbərdarlıq etmək üçün istifadə edilən əsas rabitə kanalını da kəsib.

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının və artilleriyasının hərəkətləri haqqında operativ məlumatı da itirib ki, bu da onların imkanlarını xeyli zəiflətdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə