Yepiskop Yakop: Avropa ölkələrində lider yoxdur

Amerikadan yeni qayıtmışam və orada Gürcüstanda keçirilən seçkilərlə bağlı suallar yaranmadı. Bəli, düşünürlər ki, bu prosesi daha yaxşı təşkil etmək olardı, amma digər söylənənlər cəfəngiyyatdır və artıq seçki keçib

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Bodbeli Yepiskopu keşiş Yakob (Yaqub) Gürcüstanda və dünyada gedən proseslərə münasibət bildirərkən söyləyib.

Dini ritualların icrasından sonra keşiş Yaqub xütbəsində bildirib ki, hər kəs seçkilərin nəticələri ilə barışmalıdır. Bu gün hələ də əsarət altında olan, xaricə baxan və orada onlara nə deyəcəklərini düşünənlər xeyli saydadır.

O deyib: “Şults bizimlə mübarizə aparırdı, amma Almaniyada keçirilən son seçkilərdə seçilmədi. Bir az sonra Makron da gedəcək. Onların ölkələrində lider yoxdur. Böyük Britaniyanı nəzərdən keçirək: Ukraynada müharibə Britaniyanın Baş naziri Consonun dövründə başlamışdı, amma o getdi və artıq yoxdur. Kim mənə nə tapşırıq verə bilər, ya da hansı səfir mənə nələrsə öyrədə bilər?! Biz bir şeyi başa düşdük – Ukrayna çox şey yaşadı, orada müharibə gedir. Niyə bunun bitməsini istəyirsiniz? Çünki Əfqanıstanda baş verənlərə baxın, onların Avropanın mərkəzindəki bu ölkəni - Ukraynanı tərk etmələri istisna edilə bilməz. Əgər Amerika kömək etməyibsə, Avropanın nə faydası var?!"

Keşiş Yakob əlavə edib: “Düşünürəm ki, Amerika ilə münasibətlər tezliklə tənzimlənəcək və hər kəs bu yenilənən dünyada öz yerini tapacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə