ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Meksika ilə sərhədə "Stryker" zirehli transportyorları ilə təchiz olunmuş bölmələr də daxil olmaqla 2 500-3 000 hərbçi göndərilməsi barədə göstəriş verib. SİA xəbər verir ki, bu barədə "The Washington Post" (WP) Pentaqondakı mənbələrə istinadən yazır. Qeyd olunub ki, Pentaqonun rəhbəri müvafiq əmri cümə günü verib. Nəşrin mənbələrinin məlumatına görə, söhbət Kolorado ştatındakı Fort Karson hərbi bazasında yerləşən 4-cü Piyada Diviziyasının 2-ci "Stryker" briqadasının hərbçilərindən gedir. Həmçinin ABŞ-nin cənub sərhədinə mühəndislik işi, kəşfiyyat və ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış hərbçilər göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə