Mən Zelenskiyə...mübahisələrə girməməyi söylədim...

Amma Zelenski Trampla danışıqlara dair tövsiyələrə məhəl qoymadı

...Respublikaçı senator Lindsi Qrem (Rusiyanın terrorçular və ekstremistlər siyahısında-A.B.) Ukrayna prezidenti Vladimir Zelenskiyə təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ prezidenti Donald Trampla mübahisə etməməsi barədə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, bu barədə “New York Times” yazıb.

Jurnalistlərin sözlərinə görə, danışıqlardan bir neçə saat əvvəl Qrem Zelenski və digər senatorlarla görüşdə ona Trampla mübahisə etməməyi tövsiyə edib.

...Mən Zelenskiyə təhlükəsizlik zəmanətləri ilə bağlı mübahisələrə girməməyi söylədim...

Nəşrin müəllifləri qeyd edir ki, bununla belə, Zelenski Qremin məsləhətinə tabe olmayıb və Ukraynanın ABŞ-la münasibətlərini təhlükəyə atıb. Onlar Trampın seçkilərdə qələbəsindən sonra respublikaçıların, biznes liderlərinin və bəzi demokratların fikirlərini necə dəyişdiyini təsvir edir.

Yenə də xatırladaq ki, bir gün əvvəl Zelenski Trampla görüşmək üçün Vaşinqtona gəlib. Siyasətçilər arasında ünsiyyət gərgin olub. Tramp Zelenskiyə çoxsaylı şikayətlər edib, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə ukraynalı siyasətçinin hörmətsizliyindən və nankorluğundan danışıb.

İmzalanma mərasimi pozulub və Zelenski Ağ Evi tərk edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə