Neva sahillərində "parçalanmış cəsədlər" olan iki çamadan tapılıb

Sankt-Peterburqun Nevski rayonunda içərisində insan bədən hissələri olan iki çamadan tapılıb. Baqaj Nevanın sahilində qarın içində olub.

SİA-nın məlumatına görə, “Mash on Moike” Telegram kanalı xəbər verir ki, qışda üzgüçülükdən həzz alan Sankt-Peterburq sakini şənbə günü, martın 1-i səhər Slavyanskaya küçəsi yaxınlığında soyuq suda çimməyə gələn zaman dəhşətli kəşf edib.

Çamadanların içərisində gizlədilmiş insan bədən hissələri tapılıb.

Artıq hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və Rusiya Federasiyasının İstintaq Komitəsi işləyir.

Rusiya Federasiyası İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti tapılan çamadanların fotosunu dərc edib.

Hazırda aşkarlanan qalıqların şəxsiyyəti müəyyənləşdirilir. ...Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir, - deyə şöbədən bildirilib.

Yanvarın sonunda Sankt-Peterburq yaxınlığında kombinezonlu başsız skelet, fevralda isə şəhərin mərkəzində mumiya aşkar edilib.

Keçən il digər dəhşətli “parçalanma” qətlləri də qeydə alınıb. Belə ki, bir hadisədə Sankt-Peterburq sakini sevgilisini bıçaqlayaraq parçalara ayırıb. Digərində isə kişi öz anasını parçalayaraq meyit hissələrini torbalara qoyub Şuşarıya atıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə