Tailandda sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər həyatını itirib. SİA xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Bildirilir ki, Buenq Kan rayonundan Rayonq istiqamətində hərəkət edən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Qəzada 18 nəfər həyatını itirib, 32-si yaralanıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə