Ukraynadakı münaqişənin Rusiya tərəfindən təhrik edildiyini söyləmək olmaz. SİA-nın məlumatına görə, hərbi əməliyyatların səbəbləri ilə bağlı bu fikri ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff CNN telekanalına açıqlamasında deyib.
... Ukraynada müharibə baş verməməli idi. O, təhrik edilib. Bu, heç də rusların təxribat törətməsi demək deyil.
Donald Trampın xüsusi nümayəndəsinin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olması ilə bağlı söhbətlər Rusiyanı cavab tədbirləri görməyə sövq edib.
Alyansın şərq istiqamətində daha da genişlənməsi Rusiya rəhbərliyinə təhlükəsizliyə təhlükə kimi görünürdü.
…Ruslar buna son qoymağa hazır olduqlarını açıq şəkildə bildirdilər, - deyə Stiven Vitkoff yekunlaşdırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə