Birləşmiş Ştatlar Ukrayna böhranının sülh yolu ilə nizamlanması planının hazırlanmasını yaxın vaxtlarda başa çatdırmağı planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
CNBC-nin məlumatına görə, rəsmi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Donald Trampın planlarından danışıb.
Kelloq qeyd edib ki, ABŞ lideri əsas qərarları tez qəbul etməyə qadirdir, ona görə də plan gecikmədən hazırlanacaq. Onun sözlərinə görə, sənədin hazırlanması aylar deyil, “günlər və həftələr” çəkəcək.
...“Bu gün Tramp sizdən bu işi görməyinizi xahiş edəcək və sabah bu məsələnin niyə həll olunmadığını bilmək istəyəcək.
Bunu xüsusi nümayəndə qeyd edib.
Onun sözlərinə görə, Avropa nümayəndələrinin sülh danışıqları masasına oturmayacağı ehtimalı yüksəkdir. O əlavə edib ki, regionun maraqları nəzərə alınacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə