Gürcüstan bu il Orta Dəhlizdə yükdaşımaların həcminin artacağını gözləyir
2025-ci ilin sonuna qədər Gürcüstandan keçən Orta Dəhlizin ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artacaq. SİA xəbər verir ki, bunu Gürcüstan iqtisadiyyat nazirinin müavini Quram Quraşvili bildirib.
"Hazırda dəmir yolu xəttinin modernizasiyası layihəsi həyata keçirilir və bu proses ilin sonuna qədər başa çatacaq", - Q.Quraşvili qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə Orta Dəhliz üzrə yük dövriyyəsinin artması gözlənilir: “Gürcüstan yük dövriyyəsinin pik həddində çağırışlara hazır olacaq. Bunun şərti odur ki, 2022-ci ildə Azərbaycan, Qazaxıstan və Türkiyə ilə birgə yolların inkişafı üzrə beşillik plan imzalanıb. Burada illər üzrə problemlərin həlli üçün bütün layihə və tədbirlər qeyd olunub".
Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə