…ABŞ prezidenti Donald Trampla danışıqlara başlamaq üçün Rusiya lideri Vladimir Putin “ağır çəkililər komandası” formalaşdırır.
SİA-nın məlumatına görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb.
“Rusiyanın Ukraynadakı müharibəsinə son qoyacaq” razılaşmaya nail olmaq üçün Trampın nümayəndələri ilə danışıqlar aparacaq komandaya ən azı üç nəfər daxil olacaq.
Jurnalistlərin məlumatına görə, danışıqlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev var.
Agentliyin qeyd etdiyi kimi, Dmitriyev Trampın danışıqlar aparan tərəfləri üçün qeyri-rəsmi ünsiyyət kanalı kimi mühüm mövqe tuta bilər.
İştirakçıların bu seçimi Putinin istənilən görüşlər üçün müsbət nəticəni təmin etmək ehtiyacını vurğulayır.
Xatırladaq ki, fevralın 12-də Putin və Tramp telefonla danışıblar. Digər məsələlərlə yanaşı, dövlət başçıları Ukraynadakı münaqişəni də müzakirə ediblər. Tramp daha sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə