Antarktidada "iqlim bombası" aşkar edilib

İspaniyalı alimlər Antarktidanın dərinliklərində əhəmiyyətli dərəcədə metan tullantıları aşkar ediblər. Onlar iddia edirlər ki, kəşf “planetin iqlimi üçün bombaya” çevrilə bilər.

SİA-nın məlumatına görə, bu barədə El Pais qəzeti yazır.

Söhbət uzunluğu 700 metrə, eni isə 70 metrə qədər olan metan emissiyalarından gedir.

Ekspedisiya üzvlərinin fikrincə, istixana qazları Antarktida okeanlarının dərinliklərində təxminən 20 min il əvvəl yığılıb. Alimlərin hesablamalarına görə, tullantıların aşkar olunduğu yerdə 24 giqaton karbon toplanıb - təxminən iki il ərzində bəşəriyyətin atmosferə buraxdığı miqdar.

Qeyd edilir ki, oxşar şey artıq Arktikada qeydə alınıb, lakin bu, Antarktidada ilk dəfədir ki, tullantılara rast gəlinir. Mütəxəssislər qazın nasazlıqlar vasitəsilə səthə çıxa biləcəyini düşünürlər.

Öz növbəsində, dənizin yeraltı qatında qeyri-sabitlik kontinental yamacda sürüşmə ilə nəticələnə bilər ki, bu da sunami riski yarada bilər.

Bundan əvvəl Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand qlobal temperaturun artması ilə əlaqədar həyat riskinin artacağı barədə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, insan orqanizminin getdikcə tez-tez baş verən istilik dalğalarının öhdəsindən gəlməsi çətindir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə