ABŞ-ın maliyyə naziri Scott Bessent bu həftə Kiyevə səfər edəcək və Vaşinqtonun Ukraynanın kritik minerallarına çıxışını müzakirə edəcək.
SİA-nın məlumatına görə, bu barədə Bloomberg yazıb. …Bessent prezidentin onun administrasiyasının Ukraynanın müdafiəsi üçün yardım müqabilində Ukrayna ilə resurslara çıxışı ilə bağlı saziş bağlamaq istədiyini deməsindən bir neçə gün sonra Kiyevə gedəcək.
Bunu nəşr yazır.
ABŞ Maliyyə Nazirliyinin rəhbərinin ABŞ prezidenti Donald Trampın kabinetinin Ukraynaya səfər edən ilk üzvü olacağı dəqiqləşib.
Nəşrin qeyd etdiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski əvvəllər Münhen Təhlükəsizlik Konfransı öncəsi Tramp administrasiyasından “ciddi adamlarla” görüşməyi planlaşdırdığını bildirib.
Bundan əvvəl Cənubi Karolinadan olan Nümayəndələr Palatasının üzvü, respublikaçı Co Vilson ABŞ Konqresinə Ukraynaya yeni hərbi yardımın göstərilməsi ilə bağlı qanun layihəsi təqdim edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə