Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüzar səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə baş nazir administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Paşinyan süni intellektə həsr olunmuş sammitdə iştirak edəcək.
Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında da görüş nəzərdə tutulub.
Qeyd edək ki, fevralın 1-də Ermənistanın baş naziri ABŞ-a səfər etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə