Yaponiya baş naziri Trampa bunu hədiyyə etdi

Yaponiyanın Baş naziri Şiqeru İşiba Vaşinqtonda ABŞ Prezidenti Donald Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib. SİA xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Hədiyyə ideyası Amerikanın “Şoqun” serialının Yaponiyada populyarlaşması, eləcə də Trampın qızıla olan məhşur sevgisi fonunda yaranıb. Dəbilqənin ölçüləri 57×81×48 sm və qiyməti 168 000 yen (təxminən 1100 dollar) təşkil edir.

Qeyd edək ki, ABŞ prezidenti buna cavab olaraq Yaponiyanın baş nazirinə “Amerikanı xilas et” kitabını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə