Von der Leyen “ümumi Avropa müdafiəsinə” çağırır

Avropa İttifaqının öz icmasının təhlükəsizliyini və müdafiəsini nəzarətə götürməsinin vaxtıdır.

SİA xəbər verir ki, bu bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çıxış edib.

Litvada Baltikyanı ölkələrin elektrik şəbəkələrinin Avropa İttifaqı ilə sinxronlaşdırılması ilə bağlı keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen müdafiə və Avropa İttifaqının təhlükəsizlik məsələlərini təkbaşına həll etməsinin vacibliyini bəyan edib.

…İnfrastrukturun qorunmasından əlavə, təhlükəsizliyimizi və müdafiəmizi öz əlimizə götürməyin vaxtıdır və bu çoxdan gecikmişdir. NATO bizim müdafiəmizin təməli olaraq qalır. Ancaq aydındır ki, bizə ümumavropa müdafiəsi lazımdır

Bunu deyən Von der Leyen, qeyd edib ki, “müasir münaqişələr genişmiqyaslı səylər, texnologiya və əlaqələndirilmiş hərəkətlər tələb edir. Bu da təbii ki, bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi vəzifələrdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə