...Bu arada “Levada Mərkəzi”nin sorğusunun nəticələrinə görə, ruslar üçün əsas problem ümumiyyətlə müharibə deyil, inflyasiyadır.
…Cəmiyyətimizdə sizi ən çox narahat edən hansı problemlər var və siz onların hansını ən aktual hesab edirsiniz?
SİA-nın məlumatına görə, bu sual ruslara ünvanlanıb və əksər cavabsa “bahalaşma” olub.
Deyim ki, bu cavabı 63 faiz seçib, müharibəni deyənlər isə 35 faiz olub.
…Rosstat-a görə, 2022-2024-cü illər üçün ölkədə qiymətlər 31,7 faiz artıb, ötən il inflyasiya 9,5 faiz olub. Ərzaq qiymətləri xüsusilə sürətlə artıb (11 faiz), bu da rusların gəlirlərindəki artımın əhəmiyyətli hissəsini yeyir.
“Levada Mərkəzi”nin bu yaxınlarda keçirdiyi başqa bir sorğuya görə, Rusiya ailələrinin demək olar ki, 2/3-ü (63 faiz) gəlirlərinin ən azı yarısını yeməyə xərcləyirlər.
Digər sosioloqların da oxşar nəticələri var.
Mərkəzi Bankın güvəndiyi İctimai Rəy Fondunun mütəmadi sorğuları ardıcıl olaraq göstərir ki, insanların 6-9 faizinin hətta yeməyə də pulu yoxdur, 20 faizinin isə yemək üçün kifayət qədər pulu var, lakin paltar və ayaqqabı almağa çatmır.
Artan qiymətlər ənənəvi olaraq rusları ən çox narahat edən məsələ olub və inflyasiya ilə yanaşı insanların narahatlığı da artıb.
“Levada Mərkəzi”nin ekspertlərinin fikrincə, 2024-cü ilin mart ayından bəri iqtisadi problemlərlə bağlı ümumi narahatlıq səviyyəsi son bir neçə ölçmədə artmaqdadır.
…Rusları narahat edən problemlər arasında üçüncü yerdə mənzil problemləri (fövqəladə vəziyyət, əlçatmazlıq, bahalı ipoteka) 30 faiz qeyd edilib. İqtisadi böhran hər altı rusiyalıdan yalnız birini (16 faiz) narahat edir, lakin 2024-cü ilin martında bu göstəeici 9 faiz idi.
…Digər iqtisadi problemlər, məsələn, işsizlik ilə bağlı narahatlıq azalıb və ya minimal olaraq qalır: əmək haqqı, pensiya və ya müavinətlərin ödənilməsində gecikmələr respondentlərin yalnız 5 faizini narahat edir.
Əhalinin əksəriyyətinin yoxsulluğu və yoxsullaşması problemi hər beşinci insanı (21 faiz) narahat edir, lakin bir il əvvəl bu cavab daha çox seçilirdi.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Vladimir Putin inflyasiyanı hakimiyyət üçün çağırış adlandırıb və hökumətdən, eləcə də Mərkəzi Bankdan iqtisadi artımı ləngitmək bahasına belə onu azaltmağı tələb edib.
…Ekspertlər bildirirlər ki, inflyasiyanın əsas səbəbi müharibə nəticəsində iqtisadiyyatda tarazlığın pozulmasıdır - hərbi büdcə xərclərinin kəskin artması, mülki sektorlardan hərbi-sənaye kompleksinə resursların axını, sanksiyalar və s..
…Lakin PSLab sosioloqlarının göstərdiyi kimi, ruslar müharibəni hiss etməməyə çalışırlar..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə