Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Moskvanın şərqində yanan binadan 90 nəfəri xilas ediblər.
SİA-nın məlumatına görə, bu barədə 5-tv.ru-ya mənbə bildirib. O əlavə edib ki, yanğınsöndürənlər 120 nəfəri təxliyə ediblər.
Bundan əvvəl məlum olub ki, Moskvanın şərqində beşmərtəbəli inzibati bina yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsinə, qaz və tüstüdən mühafizə xidmətinin bölmələri isə yanğının mənbəyinin və binada insanların olub-olmadığını aşkar etmək üçün kəşfiyyata başlayıblar.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlər gələn zaman binanın üçüncü və dördüncü mərtəbələrini qara tüstü bürüyüb. Yanğına dördüncü mürəkkəblik dərəcəsi təyin edildi. Yanğının söndürülməsinə 60-dan çox yanğınsöndürən və 16 texnika cəlb olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə