Peskov Moskvanı dünyanın ən yaxşı şəhərlərindən biri adlandırıb

Moskva dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib.

SİA-nın məlumatına görə,“Vedomosti” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. …Moskva rahatlıq, gözəllik, hər şey baxımından dünyanın ən yaxşı şəhərlərindən birinə çevrilib.

Bunu deyən Peskov əlavə edib ki, bütün təklif olunan yeni layihələr “bu gözəl şəhərin inkişafına yalnız təkan verəcək”. Rusiya liderinin mətbuat katibi Kremlin Vernadski prospektində Böyük Moskva Dövlət Sirkinin yenidən qurulması layihəsinə verdiyi qiymətlə bağlı sualı belə cavablandırıb.

Xüsusilə, Peskov brifinq zamanı bəyan edib ki, bunu vətəndaşlar və paytaxt sakinləri etməlidir.

…Biz layihələri qiymətləndirə bilmərik və etməməliyik. Layihə mütəxəssislər tərəfindən hazırlanmalıdır. Vətəndaşlar və şəhər sakinləri Moskva meriyasının mütəxəssisləri tərəfindən irəli sürülən təklifləri qiymətləndirirlər, - Peskov bildirib.

Yanvarın 31-də Moskva meri Sergey Sobyanin öz Telegram kanalında Vernadski prospektində Böyük Moskva Sirkinin binasının yenidən qurulması konsepsiyasının müəyyən olunduğunu elan edib. Belə ki, paytaxt meri tamaşa zalının tutumunun üç min yerdən beş minə qədər artacağını açıqlayıb. Sobyanin yeni kompleksin ətraf mənzərəyə və inkişafa üzvi şəkildə uyğunlaşacağını vəd etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə