Polşa prezidenti gələcək pensiyadan şikayətlənir

Səlahiyyət müddəti başa çatan Polşa prezidenti Anjey Duda gələcək pensiyasından şikayətlənib.

SİA xəbər verir ki, bu barədə Business Insider məlumat yayıb.

Siyasətçi bildirib ki, vəzifədən getdikdən sonra ona ayda üç min dollara yaxın maaş veriləcək.

...Prezident olduğum bu illər ərzində üzərimə götürməli olduğum məsuliyyəti və indiyədək Polşada bu müavinəti yalnız üç nəfərin aldığını nəzərə alsaq, bu o qədər də böyük məbləğ deyil.

Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirib ki, Rusiya lideri Vladimir Putinin “Ukrayna və onun müttəfiqlərinə yalvararaq” danışıqlar masasına əyləşməsini təmin etmək lazımdır.

Duda vurğulayıb ki, münaqişənin hər sülh yolu ilə həlli Ukrayna, Polşa və Avropa İttifaqının bəzi digər ölkələrinin maraqlarına uyğun gəlmir. Polşa liderinin sözlərinə görə, Ukraynada sülhə zəmanət verəcək, onun suverenliyini, həmçinin Rusiyanın beynəlxalq hüquqa hörmətini təmin edəcək plan qəbul etmək lazımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə