Moskva vilayətində təyyarə qəzaya uğrayıb

Moskva vilayətində Myaçkovo aerodromunun yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

SİA-nın məlumatına görə, bu barədə “112” Telegram kanalı mənbəyə istinadən yazır.

Təyyarə qəzası ilə bağlı təfərrüatlar verilməyib.

Yerdə tələfat və fəsadlar barədə məlumat yoxdur.

Öz növbəsində, "Sapa" Telegram kanalı yazır ki, təyyarə Myaçkovodan çox uzaqda yerləşən Şçeqolevo kəndi yaxınlığındakı əkin sahəsinə düşüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə