…2024-cü ilin birinci yarısında Rusiyada 5800 avtomobil dövlət mülkiyyətinə keçib.
SİA-nın məlumatına görə, “Kommersant” Rusiya Federasiyası Ali Məhkəməsinin məhkəmə departamentinə istinadən yazır.
Xatırladaq ki, Rusiyada nəqliyyat vasitəsinin müsadirəsi şəklində sanksiya 2022-ci ilin iyul ayından qüvvədədir. Bu cəza əlavə tədbir kimi avtomobili sərxoş vəziyyətdə idarə etməyə, avtomobili qarşıdan gələn zolağa çıxarmağa, sürəti “xeyli” (60 km/saat və daha çox) aşmağa görə və ya vəsiqə olmadan avtomobil idarə etməyə görə dəfələrlə məhkum olunmuş şəxslər barəsində cinayət məsuliyyətinə cəlb olunduqda verilir.
…“Kommersant” yazır ki, bu ssenari üzrə 2022-ci ilin ikinci yarısında 614, 2023-cü ilin birinci yarısında 2004, 2023-cü ilin ikinci yarısında 7167 avtomobil müsadirə edilib.
2024-cü ilin ilk altı ayında dövlətə təhvil verilən avtomobillərin sayı 5800-ə çatıb.
2022-ci ilin oktyabrında kütləvi informasiya vasitələri şər niyyətli cinayətkardan - VAZ-2114-ün sərxoş sürücüsündən avtomobilin tutulması ilə bağlı ilk hadisə barədə məlumat verdilər. Qeyd edilirdi ki, o, avtomobili qeydiyyat nişanı olmadan idarə edərək polisdən gizlənməyə çalışıb
. Bundan əlavə, 2024-cü ilin aprelində müsadirə edilmiş nəqliyyat vasitələrinin xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərə verilməsinə başlanıldığı məlum oldu.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə