Avstraliyanın Vurim çimərliyində dəhşətli köpəkbalığı hücumu olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Okean sahilində üzən gənc qız köpək balığının hücumuna məruz qalaraq dünyasını dəyişib.
Səlahiyyətlilər, hadisədən sonra təhlükəsizlik tədbirləri çərçivəsində Woorim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb. Bölgədəki dəniz təhlükəsizliyi qrupları çimərlikdə mühafizə apararaq mümkün yeni təhlükələrə qarşı araşdırmaya başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə