Rusiya XİN-dən Ukrayna ilə bağlı AÇIQLAMA

"Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər”. SİA xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib. O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır. “Rusiya tərəfi real təkliflərə açıq və ciddi söhbətə hazırdır. Dəfələrlə qeyd edildiyi kimi, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür”, - diplomat vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə