Amerika Prezidenti Donald Tramp bildirib ki, ölkənin keçmiş lideri Co Bayden Ukrayna üçün Avropadan pul tələb etməyib, ABŞ pullarını paylayıb. SİA xəbər verir ki, bu barədə Donald Tramp Oval kabinetdə jurnalistlərlə söhbətində danışıb. Trampın sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya yardıma təxminən 300 milyard dollar sərmayə qoyub, Avropa isə 200 milyard dollar az töhfə verib. "Niyə? Çünki Bayden onlardan heç vaxt pul tələb etməyib, sadəcə olaraq bizim vəsaitimizi bölüşdürüb”, – o vurğulayıb. Siyasətçinin sözlərinə görə, onun administrasiyası avropalı müttəfiqlərlə onların töhfəsini Vaşinqtonun maliyyə dəstəyi ilə "bərabərləşdirmək” üçün danışıqlar aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə