95 nəfər dağıntılar altındadır..?
Rusiya hərbçiləri Kursk vilayətinin Sudja şəhərində internat məktəbinin binasına hücum ediblər.
SİA-nın məlumatına görə, şəhər Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Sudjadakı komendantlığının mətbuat katibi Aleksey Dmitraşkovski xəbər verir.
Onun sözlərinə görə, hücum saat 17:54-də baş verib.
...95 nəfər dağıntılar altında qalıb. Dağıntılar altından insanların iniltiləri, qışqırıqları eşidilir. Nəzərinizə çatdırım ki, bu insanlar arasında yaşlılar və yataq xəstələri çoxluq təşkil edir. Hərbi komendantlıq hazırda axtarış-xilasetmə əməliyyatları aparır.
Dmitraşkovski qeyd edib.
Rusiya ictimaiyyəti binaya təyyarə bombası düşə biləcəyini yazırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə