...Deyəsən, ruslar yavaş da olsa qanmağa başlayırlar ki, ölkədəki “tərəqqi”yə təkcə öz güclərinə nail olmayıblar.
İndi isə əməkçi miqrantlar ölkədən getməyə bşlarkən, onlar “aşağıdan yuxarı güc eləməyə” başlayıblar..?
Gərək ki, yadınızda olar, 2024-cü ilin iyulunda Vladimir Putin hökumətə sənayedəki kəskin kadr çatışmazlığını doldurmaq üçün 2028-ci ilə qədər 1 milyon ixtisaslı işçi hazırlamağı tapşırmışdı.
Bundan əlavə, Putin kollec və texnikumların modernləşdirilməsinin və peşə təhsili sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının zəruriliyini bəyan edib.
...Və budur.
...2024/25-ci tədris ilində Rusiya kollec və texnikumlarına qəbul olunmuş tələbələrin yalnız 17 faizi ixtisaslı işçilər hazırlamaq üçün proqramlar seçiblər. Qeyd edək ki, bunlar cəmi 219 495 nəfərdir.
Eyni zamanda, böyük əksəriyyət, yəni 82,63 faiz (1,04 milyon tələbə) orta ixtisas ixtisasları üzrə təhsil almağa üstünlük veriblər.
SİA-nın məlumatına görə, bu barədə “Vedomosti” Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Tətbiqi İqtisadi Tədqiqatlar İnstitutunun hesabatına istinadən xəbər verir.
Bu arada Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Təhsildə Maliyyə və İqtisadi Həllər Mərkəzinin baş elmi işçisi İrina Abankina ixtisaslı işçilərin hazırlanması proqramlarını ilkin peşə təhsili ilə bağlı olduğunu bildirib. Burada daha çox
Bunun əksinə olaraq, orta səviyyəli proqramların məzunları daha geniş səlahiyyətlərə yiyələnirlər.
Abankina qeyd edir ki, mühasib, hüquqşünas və ya neft emalı zavodunun operatoru kimi ixtisaslar daha cəlbedici sayılır və bu, müraciət edənlərin əksəriyyətinin seçimini izah edir.
...Amma fabrik və zavodlarda işləməyə getməkdən imtina edənlər daha çoxdur..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə