Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı daşıyan 14-cü gəmisi yola düşüb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Әli Yerlikaya rəsmi internet səhifəsində paylaşım edib.
Әli Yerlikaya 14-cü humanitar yardım gəmisinin Qəzzaya 10 460 çadır, 14 350 ədyal və 300 generator daxil olmaqla cəmi 871 ton humanitar yardım ləvazimatını çatdıracağını açıqlayıb.
Әli Yerlikaya deyib: "Keçmişdə olduğu kimi bu gün də məzlumların yanında olmağa, uca millətimizin ehtiyacı olanlara yardım əlini uzatmağa davam edirik. Fələstinli qardaşlarımızın yanındayıq".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB