Yaponiyanın “Nissan Motor Co.” avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, şirkət bununla iflasdan yayınmağa çalışır. Məlumata görə, bütün dünya üzrə 9 minə yaxın işçinin ixtisar edilməsi planlaşdırılır. “Nissan” 2024-cü ilin noyabr ayında böhranla üzləşib. Həmin ay şirkət xalis gəlirlərinin 94 faiz azaldığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə