ABŞ ötən il silah satışından 318 milyard dollar qazanıb

Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən ABŞ 2024-cü ildə silah satışından əldə etdiyi gəliri 29% artıraraq 318,7 milyard dollara çatdıra bilib. Nəşr qeyd edir ki, yekun nəticələr Lockheed Martin, General Dynamics və Northrop Grumman kimi Amerika silah istehsalçılarının satış artımı proqnozlarına uyğundur. Amerikalı silah istehsalçıları Patriot sistemləri, artilleriya mərmiləri və zirehli maşınlar üçün sifarişlər sayəsində gələcək rüblərdə mənfəətlərinin sabit qalacağını gözləyirlər.

Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra bəyan edib ki, hazırda Ukraynaya əlavə silah tədarükü məsələsi nəzərdən keçirilir. Cənab Tramp qeyd edib ki, son bir ildə Amerikanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi yardım Avropadan gələn silah tədarükünü 200 milyon dollar üstələyib.

AYSEL

Bütün xəbərlər Facebook səhifəmizdə