...ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp Ukrayna, Rusiya və işğalçı ölkənin başlatdığı müharibənin başa çatması ilə bağlı ilk açıqlamalarını verdi. Bəzi bəyanatlar qəti idi və ultimatum şəklində verildi ki, bu da artıq Kremldə hiddətə səbəb olub.
SİA-nın məlumatına görə, bu barədə politoloq İqor Reyteroviç dünən, yanvarın 26-da “FREEDOM” telekanalının efirində danışıb.
...Əslində, mən Trampın Rusiya ilə bağlı verdiyi bəyanatları Trampın Putinə irəli sürdüyü bir növ hibrid ultimatum kimi qiymətləndirirəm. Çünki bir tərəfdən Tramp Rusiyaya qarşı heç bir şeyinin olmadığını, ümumiyyətlə rusları sevdiyini, Putinlə əla münasibətlərinin olduğunu bildirib. Ancaq müharibəyə Rusiya başlayıb və bu müharibəni də o bitirməlidir. Və Tramp, Putinə müəyyən xidmət göstərməyə, ona müvafiq müqavilə imzalamaqla bu müharibəni dayandırmaqda kömək etməlidir. Əgər Putin bundan imtina edərsə, Tramp Rusiyanın satdığı hər şeyə əlavə rüsum və sanksiyalar tətbiq etməyə məcbur olacaq.
Bunu İqor Reyteroviç deyir və əlavə edir ki,..əslində rüsumların və əlavə sanksiyaların tətbiqi ABŞ və ya digər ölkələrin iqtisadiyyatına heç bir şəkildə təsir etməyəcək. Ancaq Rusiya üçün bu, tam bir fəlakətdir, çünki hazırda onlar yalnız neft və qaz satmaqla yaşayırlar. İndi onlar bütün dünyada aktiv şəkildə satış edirlər, lakin Tramp bu satışları təqib etməyə başlasa (və o bunu edə bilər və Baydenin prezidentliyinin son günlərində tətbiq etdiyi sanksiyalar buna sübutdur -A.B.), o zaman Rusiya üçün mahiyyət etibarı ilə , bir fəlakət başlayacaq.
...Və Tramp əslində bunu edə bilər. Üstəlik, bunlar onun prezident kimi ilk addımlarıdır. Və hələ qarşıda dörd uzun il var...
Reyteroviçin sözlərinə görə, Trampın Putinə ultimatumu həqiqətən də kifayət qədər ciddi, kifayət qədər sərtdir və elədir ki, bu, Rusiyaya düşünməyə çox vaxt qoymur, hətta daha çox, hər hansı manevr üçün çox vaxt buraxmır.
...Biz buna reaksiya verməliyik, bəzi rəsmi açıqlamalar verib, bəzi rəsmi qərarlar qəbul etməliyik. Görünür, onlar bir neçə gün “dondurmaq” qərarına gəliblər, çünki Peskov guya nəyin müzakirə olunduğunu tam başa düşmədiklərinə görə, daha konkret təkliflər gözlədiklərini deyir. Amma konkret təkliflər artıq sanksiyalar ola bilərş
Bunları da İqor Reyteroviç deyir...
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə