Belarus hakimiyyəti ABŞ vətəndaşı Anastasiya Nuferi azad edib.
SİA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə bildirib.
Bu barədə “Vedomosti” yazır.
Bir gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko 15 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Onlardan 8-i ekstremizmdə, 7-si narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
...Birləşmiş Ştatların prezidenti Donald Tramp sayəsində Belarus birtərəfli qaydada günahsız amerikalı Anastasiya Nuferi azad etdi.
Bunu Rubio bildirib.
Jurnalistlər qeyd ediblər ki, diplomat Nuferin hansı maddə ilə cəza çəkdiyini və ya saxlandığını söyləməyə ehtiyac görməyib.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü il dekabrın 28-də Lukaşenko ekstremizmdə təqsirli bilinən 20 şəxsi əfv edib. Bundan başqa, yanvarın 18-də 23 nəfər də əfv olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə