Belarusda prezident seçkilərində seçici fəallığı 75 faizi ötüb

Belarusda keçirilən prezident seçkilərində saat 16:00-a olan məlumata görə, seçicilərin 75,49 faizi iştirak edib.

SİA-nın məlumatına görə, bunu Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.

...Seçki siyahılarına daxil edilmiş vətəndaşların ümumilikdə 75,49 faizi səsvermədə iştirak edib.

RİA Novosti Karpenkonun sözlərindən sitat gətirir. Belarusun hazırkı lideri Aleksandr Lukaşenko daha əvvəl səsvermədə iştirak etmişdi. O, Minskin Mərkəzi Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

Belarusda prezident seçkilərində səsvermə yanvarın 26-sı bazar günü saat 20:00-a qədər davam edəcək. Bu vəzifəyə namizədlər Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, fərdi sahibkar Anna Kanopatskaya, Lukaşenko, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xıjnyakdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə